Baxmaq üçün sürüşdür

YAŞIL BİNA (LEED CONSULTING)

PortBIM memarlıq, mühəndislik və inşaat (AEC) sənayesi üçün enerji modelləşdirmə xidmətləri göstərir. Enerji və ətraf mühitin performansını əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün LEED qiymətləndirmə ilə inteqrasiya olunmuş dayanıqlı dizayn təlimatları vermək üzrə ekspertik.

PortBIM əməkdaşlıq etdiyi şirkətlə Yaşıl Bina üçün LEED Sertifikatı verərək əvvəlcədən tikilən obyektlərin davamlılıq səviyyəsini qiymətləndirir.
(LEED haqqında daha çox məlumat əldə etmək üçün) Ətraf mühitə zərər verməyən strukturlar qurmağınıza kömək edirik və səmərəli enerji analizlərimizlə enerji qənaətinizi artırırıq.

Əsasən Insight, Revit və ANSYS Fluent kimi proqram vasitələrindən istifadə edərək yaşayış, ticarət, pərakəndə satış, korparativ və səhiyyə müəssisələrinə bina enerji modelləşdirmə xidmətləri təqdim edirik.

Müştərilərimizə kölgə təhlili, yer (məkan) təhlili, günəş aktivliyi modelləşdirməsi, enerji uyğunluğu, əksolunma təhlili, akustik analiz, gün işığı analizi, görünürlük analizi, işıq çirklənməsi analizi və pəncərə analizi daxil olmaqla unikal enerji modelləşdirmə xidmətləri təqdim edirik.

Bina təmiri və modernləşdirmə layihələri üçün enerji səmərəliliyinə dair məsləhət xidmətlərimiz sahibkarlara müxtəlif memarlıq layihələrinin və MEP sistemlərinin iqtisadi təsirini anlamağa kömək edir.

Konseptual dizayn üçün enerji təhlili
Konseptual dizaynları anlamaq üçün binanın ilkin enerji təhlili
Konseptual dizaynın fərqli sahələrlə uyğunluğunu qiymətləndirmək üçün hərtərəfli təhlil
Alternativ dizayn konsepsiyaları üçün enerji istehlakının müqayisəsi
Ətraflı dizayn üçün enerji təhlili
Ətraflı dizayn üçün bütün binanın enerji təhlili
Yaşıl bina sertifikatlaşdırma tələbləri üçün səmərəliliyin optimallaşdırılması
LEED və ASHRAE sertifikatı və enerji təhlili üçün dəstək
İnsan rahatlığı şərtləri üçün HVAC dizaynının optimallaşdırılması