Baxmaq üçün sürüşdür

BİM MENECMENT (VIRTUAL DİZAYN İNŞAATI)

Komandalarımız 2D və 3D CAD tərtib dizaynlarından BIM tətbiqinə kimi bir çox BİM xidmərini və Virtual Dizaynlar və İnşaat (VDC) texnologiyasında təcrübəli mütəxəssis konsultasiyası xidmətini təqdim edir. Məsləhətçilərimiz BIM metodologiyalarını dəyərləndirmək üçün memarlar, mühəndislər, podratçılar, tədqiqatçılar və istehsal firmaları ilə əməkdaşlıq edirlər.
Bir çox mürəkkəbliyə malik tikinti layihələri üçün virtual olaraq qurulmuş ağıllı 3D modellərdən istifadə edərək material istehlakının hesablanması ilə birlikdə dəqiq xərc hesablanmasını təqdim edirik.

Mühəndislərimiz CAD mütəxəssisləri ilə birlikdə MEP modellərini təhsil şəhərcikləri, otellər, xəstəxana binaları, kurortlar, hava limanı terminal binaları, dəmir yolu stansiyaları kimi bir çox sahələrə çatdırdılar. 3D modelləşdirmə qabiliyyətləri ilə yanaşı mühəndislik dizaynındakı çətinlikləri və çatışmamazlıqların həllində qazandığımız uzunmüddətli təcrübəmizlə inşaat firmaları və podratçıları üçün qazanclı nəticələr verən ardıcıl tikinti mərhələləri hazırlayırıq.

Toqquşma analizi (Clash Detection): LOD 400 dizayn səviyyəsinə çatmaq və minimum xəta ilə tikinti layihələri hazırlamaq üçün bütün sistemlər arasında toqquşmanın analizi.
MEP toqquşma analizini və səmərəli tikinti mərhələsini asanlaşdırmaq üçün dizaynları düzəldərək ölçüsü dəqiq və mükəmməl koordinasiyalı BIM modellərini təqdim edirik. MEP məsləhətçiləri və podratçılarına, ümümi podratçılar ilə səmərəli əməkdaşlıq üçün BIM platformalarında vahid koordinasiya olunmuş bir model təqdim edərək, bina dizaynında 3D CAD / BIM modelləri arasındakı ziddiyyətlərin qarşısını almağa kömək edirik. Heyətimizdəki BIM mütəxəssislərimiz bizə təqdim edilmiş MEP toqquşma analizi xidmətlərini göstərmək üçün Autodesk Revit və AutoCAD modellərinin Navisworks-a koordinasiyasını həyata keçirirlər.