Haqqımızda

2013-cü ildə Azərbaycanda təsis edilmiş PORTBIM, MEP&F layihələndirilməsi, məsləhət xidmətləri və BIM tətbiq həlləri üzrə ixtisaslaşmış mühəndislik şirkətidir. Stadionlar, xəstəxanalar, ticarət mərkəzləri və Hilton və Marriott kimi beynəlxalq otellər daxil olmaqla 300-dən artıq tamamlanmış layihə portfeli ilə şirkət, hər layihənin spesifik kontekstinə uyğunlaşdırılmış, yüksək performanslı və norma tələblərinə cavab verən həllər təqdim edir.

15+il
Təcrübə
300+layihə
Uğurla Tamamlanmış
100+
Hazır Proqramlar
40+
Beynəlxalq Müştərilər

Fəaliyyət Sahəmiz

MEP layihələndirmə və məsləhət xidmətlərimiz konsepsiyadan tikintiyə qədər bütün mərhələləri əhatə edir. BIM əsaslı planlaşdırma və xüsusi Revit plaginləri ilə iş axınlarını avtomatlaşdırır, normativ uyğunluğu və xərclərin azaldılmasını təmin edirik. Lokal həllərimiz — toqquşma analizi, enerji təhlili və LEED məsləhəti — layihələrin etibarlı icrasını təmin edir.

Dəyərlər

Mühəndislik

Biz performansı optimallaşdırmaq və qlobal standartlara riayət etməyi təmin etmək üçün qabaqcıl simulyasiyalar və ixtisaslaşmış analizlər – HVAC yükləmə hesablamaları, qısaqapanma tədqiqatları, külək və tüstü üçün CFD, həmçinin axın dinamikası – aparırıq. Sənayenin lider proqram təminatından istifadə edərək layihələr xərclər, dayanıqlılıq və əməliyyat mükəmməlliyi arasında balans yaradaraq davamlı mühəndislik həlləri təklif edir.

Bina Məlumat Modelləşdirilməsi

Building Information Modeling (BIM) texnologiyasından istifadə edərək MEP iş axınlarını avtomatlaşdırırıq — 3D modelləşdirmə və toqquşma analizindən parametrik dizayn və koordinasiyalı sənədləşməyədək. 15 ilin üstündə fasiləsiz Elektrik və Mexanik şablonları inkişaf etdirərək LOD400 səviyyə əldə edilir; 25+ mütəxəssis və 300 parametrik ailə sayəsində 80%-dək qənaət, 60% daha az səhv və sürətlənmiş çatdırılma əldə edilir.

Layihələndirmənin Aftomatikləşdirilməsi

BİM və Aİ istifadə edərək rutin işləri asanlaşdıraraq, “aftomatikləşdirmə proqram paketi”-imiz ilə modellərin yaradılması, toqquşmaların təyini, parametrik dizayn və machine-learning ilə layihəni optimallaşdırılmasını həyata keçiririk. Biz kod və uyğunluq yoxlamalarını iş axınlarına birbaşa inteqrasiya edir, xüsusi proseslər üçün C# və Python skriptlərindən istifadə edirik. Bu yanaşma səhvləri azaldır və komandaların strateji qərarlara fokuslanmasına şərait yaradır.

Yaşıl Bina

PortBIM yaşıl bina təcrübəsi ilə innovativ MEP həlləri tətbiq edərək enerji, su və karbon izini azaldır. Xidmətlərimizə LEED/BREEAM/WELL/Estidama sistem layihələndirilməsi, GHG-emissiya hesabatı, enerji-su auditi, həyat dövrü təhlili, işə salınma və tullantı idarəçiliyi daxildir.